Mariya Stadnik və Alyona Kolesnik Avropa çempionatının finalında

Mariya Stadnik və Alyona Kolesnik Avropa çempionatının finalında

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Bu gün qadın güləşi üzrə 2 çəkidə güləşçilərimiz mübarizəyə başlayıb.

Mariya Stadnik (50 kq) 1/4 finalda rusiyalı Milana Dadaşovaya vaxtından əvvəl qalib gəlib – 11:0. Titullu güləşçimiz yarımfinalda ukraynalı Oksana Livaçdan da güclü olub – 6:0. Beləliklə, Stadnik 10-cu dəfə Avropa çempionatının finalına yüksəlib. Mariya həlledici görüşdə türkiyəli Evin Demirhanla güləşəcək.

Alyona Kolesnik (59 kq) də mübarizəyə 1/4 finaldan start verib. Təmsilçimiz rumıniyalı Katerina Jidaçevskanı “tuş”la xalçadan məyus yola salıb. Kolesnik yarımfinalda polşalı Patrisiya Gilə də heç bir şans tanımayıb – 7:3. İlk dəfə Avropa çempionatının finalına yüksələn Alyona həlledici görüşdə ukraynalı Alina Filipoviçlə qarşılaşacaq.

//