Maqomedxan Maqomedov dünya ikincisi oldu və Olimpiadaya lisenziya qazandı

Maqomedxan Maqomedov dünya ikincisi oldu və Olimpiadaya lisenziya qazandı

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Üçüncü yarış günündə 3 güləşçimiz mübarizəyə qoşulub.

Alyona Kolesnik (59 kq) monqolustanlı Bolortuya Xurelxuuya 6:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda çinli Qi Janqa “tuş”la məğlub olub. Təmsilçimiz təsəlliverici görüşdə macarıstanlı Tamara Dollakı vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 10:0. Alyona bürünc medal uğrunda qarşılaşmada amerikalı Cenifer Rocersə “tuş”la uduzub və 5-ci yeri tutub. 

Hacı Əliyev (65 kq) ilk 2 mərhələdə çinli Şaohua Yuan (10:4) və avstraliyalı Georgi Okorokov (9:2) üzərində inamlı qələbə qazanıb. Ancaq monqolustanlı Tulqa Tumur Oçirlə görüş gərgin mübarizə şəraitində keçib. Millinin kapitanı sonuncu xal prinsipinə əsasən (3:3) rəqibini məyus edərək 1/4 finala yüksəlib. Ancaq yarımfinalın bir addımlığında ermənistanlı Vazgen Tevanyana uduzub – 2:12.

Maqomedxan Maqomedov (97 kq) əvvəlcə serbiyalı Strahinja Despiçə heç bir şans tanımayıb – 7:0. Yığma üzvü türkiyəli İbrahim Çiftçini də 4:0 hesabıyla üstələyərək adını 1/4 finala yazdırıb. Bu mərhələdə almaniyalı Erik Tileyə “tuş”la qalib gələn Maqomedov yarımfinala adlayıb. Maqomedxan son Avropa çempionatının finalında məğlub olduğu gürcüstanlı Givi Matçaraşvilidən də revanş alıb – 6:1. Beləliklə, dünya çempionatının finalına yüksələn Maqomedov Paris Olimpiadasına lisenziya qazanan ilk güləşçimiz olub. Təmsilçimiz həlledici görüşdə bəhreynli Axmad Tajudinovla qarşılaşıb və rəqibinə “tuş”la uduzaraq gümüş medalla kifayətlənib.

Güləş üzrə U17 Dünya Çempionatı

Biletləri buradan əldə edin ⇒

Biletləri buradan əldə edin ⇓
//