Jalə Əliyeva dünya çempionatında beşinci oldu

Jalə Əliyeva dünya çempionatında beşinci oldu

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Yarışın beşinci günündə qadınlardan ibarət millinin son 2 üzvü mübarizəyə qoşulub.

Jalə Əliyeva (57 kq) 1/8 finalda braziliyalı Culiye De Oliveyrayla dramatik görüş keçirib. Hesabda 0:9 geridə olsa da, güləşçimiz möhtəşəm əzmkarlıq nümayiş etdirib. Rəqibinə sona 2 saniyə qalmış “tuş”la qalib gələn həmyerlimiz 1/4 finalda tanış rəqiblə qarşılaşıb. İslam Həmrəyliyi Oyunlarının finalında məğlub etdiyi nigeriyalı Ester Kolavoleylə üz-üzə gələn Əliyeva növbəti dəfə son saniyələrdə əzmkar qələbəyə sevinib – 14:13. Ancaq Jalənin finala yolunu yaponiyalı dünya çempionu Tsuqumi Sakuray (0:10) bağlayıb. Əliyeva bürünc medal uğrunda ukraynalı Alina Akobya ilə qarşılaşıb və son Avropa çempionuna (0:10) məğlub olaraq, ilk dəfə qatıldığı dünya çempionatını 5-ci pillədə başa vurub.

Mübarizəyə 1/4 finaldan qoşulan Alyona Kolesnik (59 kq) gənclər arasında son dünya çempionu Sakura Motoki (Yaponiya) ilə bacarmayıb – 0:6.

//