İngiltərəli və avstriyalı mütəxəssislər Güləş Federasiyasında olub

İngiltərəli və avstriyalı mütəxəssislər Güləş Federasiyasında olub

İyulun 11-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşəbbüsüylə ölkəmizdə işgüzar səfərdə olan ingiltərəli və avstriyalı mütəxəssislər Azərbaycan Güləş Federasiyasına baş çəkib.

İngiltərənin Mançester şəhərindən dəvət olunmuş dietoloq Mark Ellison və “Complexcore” fizioterapiya təşkilatının direktoru Tomas Taro Netzer federasiyada idmançıların qidalanma şəraitiylə tanış olub. Onları ADBTİA-nın tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-Zadə müşayiət edib. 

Əcnəbi qonaqlar federasiyanın nəzdindəki yeməkxanada güləşçilərə verilən qida məhsullarıyla tanış olduqdan sonra müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparıb. Mütəxəssislər mikronutrient çatışmazlığı, reabilitasiyanın optimallaşdırılması, qan müayinəsi, qida xidmətinin, idmançının çəkisinin düzgün idarəedilməsi, qida menyusunun planlaşdırılması, əzələlərin inkişafı və zədələrdən qorunması, sağlam qidalanma, gücün bərpası, maye qəbulu, pəhriz əlavəsi, praktiki təlimlər və s. mövzuda təcrübələrini bölüşüblər. Gələcəkdə Azərbaycan Güləş Federasiyası ilə adıçəkilən mütəxəssislərin əməkdaşlıq perspektivləri də müzakirə edilib.

//