İlkin Qurbanov üçün bürünc medal şansı

İlkin Qurbanov üçün bürünc medal şansı

Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.

Üçüncü yarış günündə 3 güləşçimiz mübarizəyə qoşulub.

Yunan-Roma güləşi

İlkin Qurbanov (60 kq) gürcüstanlı Dimitri Xaçidzeyə (3:2) və almaniyalı Georgios Skarpelloya (5:3) qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə isə iranlı Səccad Abbaspurraqaniyə 1:7 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Qurbanov sabah təsəlliverici görüşə çıxacaq.

Elmin Əliyev (82 kq) macarıstanlı Dominik Çuçora tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/8 finalda türkiyəli Alperen Bərbərə 3:5 hesabıyla məğlub olub.

Qadın güləşi

Əsmər Cankurtaran (50 kq) təsnifat mərhələsində rusiyalı Natalia Pudovaya uduzub – 0:10.

//