İki güləşçimiz reytinq turnirində çıxış edib
Fevral 5, 2026
Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri start götürüb.
Yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir. Bu gün yığmanın 2 üzvü xalça üzərinə çıxıb.
Elnurə Məmmədova (50 kq) kanadalı Keti Dutçaka tam üstünlüklə (15:4) qalib gəlsə də, 1/4 finalda hindistanlı Nilam Nilama (2:12), təsəlliverici görüşdə isə polşalı Aqata Qoluşovskayaya (2:12) məğlub olub. Onunla eyni çəkidə çıxış edən Əsmər Cankurtaran 1/8 finalda italiyalı Emanuela Liutsiyə uduzub – 3:14.
Xatırladaq ki, qarşıdakı günlərdə Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizəyə qoşulacaq.