İki güləşçimiz DÇ-də 5-ci oldu

İki güləşçimiz DÇ-də 5-ci oldu

Yunanıstanın paytaxtı Afinada U17 dünya çempionatı davam edir.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə ilk qaliblər müəyyənləşib.

Qurban Məcnunov (48 kq) təsəlliverici görüşdə amerikalı Maykl Randla (3:7), Hüseyn İsgəndərov (65 kq) isə eyni mərhələdə digər amerikalı Arseni Kikinyova (tuş) məğlub olub.

Nihat Bəhmənov (55 kq) təsəlliverici görüşdə braziliyalı Lavozyer Marusoya 3:1 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Ancaq həlledici mübarizədə tacikistanlı Mehdi Barotova (5:8) uduzaraq dünya çempionatını 5-ci pillədə başa vurub.

Nicat Yeylaqaliyev (80 kq) təsəlliverici görüşdə ukraynalı Nestor Baranı üstələyib – 6:5. Nicat üçüncü yer uğrunda qarşılaşmada türkiyəli İsmayıl Bərəkətlə bacarmayıb – 0:9.

//