Hakimlərimizin kateqoriyası yüksəlib

Hakimlərimizin kateqoriyası yüksəlib

Azərbaycan güləş hakimliyi yeni nailiyyət əldə edib.

Müxtəlif bölgələrimizi təmsil edən referilərimiz dərəcələrini artırıblar.

Bəşir İsazadə güləşdə ən yüksək dərəcə sayılan I-S kateqoriyasına yüksəlib. Bu il U23 Avropa çempionatında, U20 dünya çempionatında və İslam Həmrəyliyi Oyunlarında ədaləti qoruyan lənkəranlı referi Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldub. Xatırladaq ki, bu dərəcəyə sahib hakimlər bütün yarışlarda, o cümlədən Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanır.

Daha 2 referimiz isə beynəlxalq kateqoriyalı ədalət təmsilçiləri sırasına qoşulub. 7-12 oktaybr tarixlərində Macarıstanın Tatabanya şəhərində keçirilən veteranların dünya çempionatında iş başında olan və imtahandan keçən Samir Hacıyevlə (Astara) Əkbər Məmmədli (Göyçay) UWW-nin qərarı ilə III dərəcəli beynəlxalq hakim statusuna yiyələnib.

Bununla da Azərbaycanın beynəlxalq hakimlərinin sayı 25-ə çatıb.

//