Gültəkin Şirinova dünya üçüncüsü oldu

Gültəkin Şirinova dünya üçüncüsü oldu

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Gültəkin Şirinova (50 kq) 1/8 finalda amerikalı Edri Ximenesə 2:13 hesabıyla məğlub olub. Gəncə güləş məktəbinin yetirməsi təsəlliverici görüşdə litvalı Qabije Diliteyə (7:2), bürünc medal uğrunda görüşdə isə polşalı Nataliya Valçaka (10:0) qalib gəlib.

Nigar Mirzəzadə (68 kq) 1/8 finalda yaponiyalı Ami İşiyə (tuşe), təsəlliverici görüşdə isə hindistanlı Arju Arjuya (4:14) uduzub.

//