Güləş millimizin baş məşqçisi ilin ən yaxşı məşqçisi seçildi
Aprel 26, 2026
Sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Xetaq Qazyumov 2025-ci ilin ən yaxşı məşqçisi seçilib.
Ötən il millimiz X.Qazyumovun rəhbərliyi altında Avropa çempionu olub və dünya çempionatında 4-cü yeri tutub. Bu uğurları yüksək qiymətləndirən Avropa Güləş İttifaqı (UWW Europe) millimizin baş məşqçisini ilin ən yaxşı məşqçisi seçib.
Bu münasibətlə Avropa Güləş İttifaqının prezidenti Karl-Martin Dittmann Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında X.Qazyumova xüsusi mükafatı təqdim edib.