Eldəniz Avropa ikincisi oldu, İslam bürünc medal qazandı

Eldəniz Avropa ikincisi oldu, İslam bürünc medal qazandı

Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.

Altıncı yarış günündə yunan-Roma güləşi üzrə millinin 3 üzvü medallar uğrunda görüşə çıxıb.

Eldəniz Əzizli (55 kq) finalda rusiyalı Emin Seferşayevlə qarşılaşıb. Rəqibinə ilk xal prinsipinə görə (1:1) məğlub olan titullu güləşçimiz gümüş medalla kifayətlənib.

İslam Abbasov (87 kq) ukraynalı Yaroslav Filçakova 2:1 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.  

Beka Kandelaki (130 kq) təsəlliverici görüşdə ermənistanlı David Ovasapyanı mübarizədən kənarlaşdırsa da (2:0), bürünc medal uğrunda qarşılaşmada almaniyalı Jello Krahmerə ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.

//