Dünya çempionatında daha 3 medal

Dünya çempionatında daha 3 medal

Bakıda güləş üzrə U17 dünya çempionatı davam edir.

Milli Gimnastika Arenasında təşkil edilən mundialın 3-cü günündə yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq-da medalçılar müəyyənləşib.

Əli Cavadlı (45 kq) finalda amerikalı Raylen Vaksla qarşılaşıb. İlk hissəni 5:0 hesabıyla öndə tamamlasa da, 2-ci hissədə parter vəziyyətində rəqibin ardıcıl xallarının qarşısını ala bilməyib – 5:13. Əli gümüş medalı boynundan asıb.

Abdurrahman Hüseynli (51 kq) həlledici görüşdə özbəkistanlı dünya çempionu Bunyod Hasanova məğlub olaraq (0:9) komanda yoldaşının nəticəsini təkrarlayıb.

Elmir Çərkəzov (60 kq) bürünc medal görüşündə yaponiyalı Hinata Hanamoriyə heç bir şans tanımayıb – 9:0.

Zöhrab Abbasov (92 kq) isə təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiyə minimal fərqlə (3:4) məğlub olub.

Beləliklə, millimiz növbəti yarış gününü 2 gümüş və 1 bürünc medalla başa vurub.

Güləş üzrə U17 Dünya Çempionatı

Biletləri buradan əldə edin ⇒

Biletləri buradan əldə edin ⇓
//