Dörd güləşçimiz üçün bürünc medal şansı

Dörd güləşçimiz üçün bürünc medal şansı

ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U23 dünya çempionatı davam edir.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da mübarizəyə start verilib.

Fərid Sadıxlı (55 kq) yaponiyalı Kohey Yamaqivanı mübarizədən kənarlaşdırsa (7:0) da, 1/8 finalda amerikalı Kennet Krozbiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

Ayxan Cavadov (63 kq) debütdə yaponiyalı Manato Nakamuraya 3:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Ayxan təsəlliverici görüşə çıxacaq.

Ruslan Nurullayev (77 kq) təsnifat mərhələsində misirli Mustafa Alameldinə 1:6 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Ruslan təsəlliverici görüşə çıxacaq.

Orxan Hacıyev (87 kq) danimarkalı Frederik Matyesenlə (6:5) qırğızıstanlı İmur Temirbekovu (8:5) üstələsə də, 1/4 finalda iranlı Yasin Yazdiyə 2:6 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Orxan təsəlliverici görüşə çıxacaq.

Məzaim Mərdanov (130 kq) ilk görüşdə polşalı Sebastyan Varxola tam üstünlüklə (10:0) qalib gəlib. Ancaq 1/4 finalda rusiyalı Ali İlyasov keçilməz olub – 0:8. Rəqib finala yüksəldiyi üçün Məzaim təsəlliverici görüşə çıxacaq.

//