DÇ-də daha 3 güləşçimiz çıxış etdi

DÇ-də daha 3 güləşçimiz çıxış etdi

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.

Üçüncü yarış günündə 2 sərbəst və 1 qadın güləşçimiz çıxış edib.

Əli Rəhimzadə (65 kq) 1/16 finalda belaruslu İslam Quseynova minimal fərqlə (4:5) məğlub olub.

Maqomedxan Maqomedov (97 kq) təsnifat mərhələsində hindistanlı Viki Vikiylə qarşılaşıb. Hesabda 1:9 geriyə düşsə də, əzmkarlıq göstərərək 11:9 üstünlüyə yiyələnən təmsilçimizin səhhətində yaranmış ciddi problemlərə görə həkim görüşü dayandırıb və Maqomedxan mübarizəni başa vurmaq məcburiyyətində qalıb.

Dünya çempionatının ən gənc güləşçisi olan Günay Qurbanova (59 kq) debütdə norveçli Otelie Hoeyevə 5:11 hesabıyla uduzub.

//