Çimərlik güləşçilərimiz dünya çempionatında çıxış edəcək
Avqust 31, 2022
Bu həftə Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə ilin ən önəmli yarışları keçiriləcək.
Belə ki, sabah U-17, növbəti gün isə U-20 dünya çempionatı baş tutacaq. Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 8 idmançı mundialda ölkəmizi təmsil edəcək. Yeniyetmələrin yarışında Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq), gənclərin mübarizəsində isə Rübail İbrahimli (70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) uğur qazanmağa çalışacaq.
Sentyabrın 3-4-də isə Dünya Seriyasının final mərhələsi keçiriləcək. Başqa sözlə, çimərlik güləşində böyüklər arasında dünya çempionları müəyyənləşəcək. Həlledici yarışda Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) çıxış edəcək.
Qeyd edək ki, bu yarışlarda I-S kateqoriyalı Sədi Quliyev hakimlik edəcək.
