Çimərlik güləşçilərinin Rumıniya sınağı

Çimərlik güləşçilərinin Rumıniya sınağı

Sabah Rumıniyanın Timişoara şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsinə start veriləcək.

İki gün davam edəcək yarışda 3 idmançımız mübarizə aparacaq. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Rəşid Babazadə (70 kq), Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) ölkəmizi təmsil edəcək.

Görüşlər hər gün Bakı vaxtı ilə 11:00-da başlayacaq. Sabah qrup mərhələsinin qarşılaşmaları keçiriləcək. Medallar uğrunda həlledici görüşlər isə iyulun 21-də baş tutacaq.

Güləş üzrə U17 Dünya Çempionatı

Biletləri buradan əldə edin ⇒

Biletləri buradan əldə edin ⇓
//