“Çempionlar” turnirində daha 4 medal
Aprel 19, 2026
Türkiyənin Antalya şəhərində “Çempionlar” turniri davam edir.
U20 yaş qrupu üzrə keçirilən turnirin ikinci günündə 4 güləşçimiz fəxri kürsüyə yüksəlib.
Sərbəst güləşdə Nurlan Ağazadə (74 kq) bürünc medal qazanıb.
Yunan-Roma güləşində 87 kq-da Orxan Hacıyev gümüş və Abdullah Həsənov isə bürünc medalla turniri başa vurub.
Qadın güləşində isə Esra Məmmədli (53 kq) üçüncü yeri tutub.

