Azərbaycan güləş hakimlərinin növbəti uğuru

Azərbaycan güləş hakimlərinin növbəti uğuru

2022-ci il güləş hakimlərimiz üçün də uğurlu alındı.

Təsadüfi deyil ki, bir neçə referimiz beynəlxalq dərəcəsini yüksəldib. Geridə qoyduğumuz il ərzində keçirilən yarışların, seminarların və imtahanların nəticələrinə əsasən, 4 referimiz beynəlxalq dərəcəsini artırıb. Vüqar Şükürovla Kamran Əliyev I kateqoriyaya yüksəlib. Bununla da bu dərəcəyə sahib hakimlərimizin sayı 4-ə çatıb. Əli Babayev və Xəzər Allahverdiyev isə II kateqoriyaya sahib çıxıb. Hal-hazırda bu dərəcədə olan ədalət təmsilçilərimizin sayı 7-yə bərabərdir.

Bundan başqa, daha iki hakimimiz beynəlxalq dərəcəli referi statusu alıb. İyulda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən U-15 Avropa çempionatında ədaləti qoruyan Sevinc Yusibova ilə Firqət İbrahimov III kateqoriyalı beynəlxalq hakim ünvanına yiyələniblər.

Qeyd edək ki, Yusibova Azərbaycan güləş tarixinin ilk beynəlxalq dərəcəli qadın referisidir.

//