Avropa çempionatında sərbəst güləşçilərimizin rəqibləri müəyyənləşib

Avropa çempionatında sərbəst güləşçilərimizin rəqibləri müəyyənləşib

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Sabah sərbəst güləş üzrə mübarizəyə start veriləcək. Bu gün güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib.

57 kq

1/4 final

Nurəddin Novruzov – Gennadi Diuvenji (Moldova)

61 kq

1/4 final

Ayxan Abdullazadə – Emre Kural (Türkiyə) / Andrey Vitan (Moldova)

65 kq

Təsnifat mərhələsi

Rəşid Babazadə – Veniamin Borzin (Moldova)

70 kq

1/8 final

Maqomed-Başir Xaniyev – Narek Poqosyan (Ukrayna)

74 kq

Təsnifat mərhələsi

Turan Bayramov – Nikolay Dimitrov (Bolqarıstan)

79 kq

1/4 final

Səbuhi Əmiraslanov – Radomir Stoyanov (Bolqarıstan) / Mateuş Pedziçki (Polşa)

86 kq

1/4 final

Fərid Cabbarov – Knyaz İboyan (Ermənistan) / İvan İçizli (Moldova)

92 kq

1/4 final

Abdulcəlil Şabanov – Recep Haydari (Şimali Makedoniya) / İon Demian (Moldova)

97 kq

Təsnifat mərhələsi

İslam İlyasov – Ertuğrul Ağca (Almaniya)

125 kq

Təsnifat mərhələsi

Vaxit Qalayev – Uveys Feyzulahu (Şimali Makedoniya)

Qeyd edək ki, 57, 65, 70, 79, 97 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxacaq. Növbəti gün isə digər çəkilərdəki pəhləvanlar mübarizəyə qoşulacaq. Qitə birinciliyinə martın 19-da yekun vurulacaq.

//