Haqqında #3

Haqqında

Haqqında

Azərbaycan Güləş Federasiyası

AGF ölkədə güləş idman növünü inkişaf etdirmək, istedadlı şəxsləri aşkarlamaq və ölkəmizi uğurla təmsil edəcək güləşçilər hazırlamaq məqsədi ilə fəaliyyət göstərən idman təşkilatıdır.

Federasiya müxtəlif yaş qruplarından olan idmançıları bir araya gətirir, onların peşəkarlığa yüksəlməsi üçün təlim-məşq proseslərini həyata keçirir. Yerli və beynəlxalq miqyaslı güləş yarışları, çempionatlar və turnirlər təşkil edir, idmançıların bu yarışlarda iştirakını təmin edir.

AGF strategiyasına uyğun olaraq hər il öz fəaliyyətini təkmilləşdirir, güləşin ölkə daxilində inkişafı və populyarlaşması, güləşçilərimizin beynəlxalq arenada mövqeyinin daha da güclənməsi üçün çalışır.

1959

Azərbaycan Güləş Federasiyasl 1959-cu ildə SSRİ-nin Güləş Federasiyasının tərkibində təsis olunub. İlk illər federasiyasının sərdi vəzifəsini Qəmbər Axundov, daha sonra isə Fətulla Hüseynov icra edib. Fətulla Hüseynov müstəqillik qazandığımız dövrə kimi federasiyaya rəhbərlik edib.

1993

Müstəqil Azərbaycan Respublikası dünyada suveren ölkə kimi tanındıqdan sonra, 1993-cü ildə Azərbaycan Güləş Federasiyası təsis olunaraq, elə həmin ildə də İsveçrənin Lozanna şəhərində FİLA-nın baş qərargahında rəsmən Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına qəbul olunub.

2008

2008-ci ildə Federasiyanın V Konfransında Güləş Federasiyasının yeni nizamnaməsi təsdiq edilib. Federasiyanın Regional nümayəndəlikləri təsis edilib, Beynəlxalq əlaqələr, Regionlar, Sərbəst, Yunan-Roma güləşi üzrə, təşkilati və maliyyə işləri, yeniyetmələr üzrə Vitse-prezident vəzifələri təyin edilib.

2023

2023-cü ildə bölgələrdə güləşin inkişafını daha da sürətləndirmək, infrastrukturu təkmilləşdirmək və məşqçilərin bilik-bacarıqlarını yüksəltmək məqsədilə federasiyanın regional nümayəndəliklərinin strukturu və tərkini yenidən formalaşdırılıb.

12000

Güləşçi

2

600

Məşqçi

4

Olimpiya çempionu

17

Dünya Çempionu

3