Çimərlik güləşi
Güləşin ən gənc növüdür. 2004-cü ildə yaradılan bu güləş növü üzrə yarışlar digərlərindən fərqli olaraq, açıq havada və qum üzərində keçirilir.
Çimərlik güləşi vaxt və qaydalara görə digər növlərdən kəskin fərqlənir. Burada güləşçilər cəmi 3 dəqiqə mübarizə aparır. 3 xala ilk çatan güləşçi qalib elan edilir. Daha əyləncəli idman növü hesab edilən çimərlik güləşi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Yeniyetmələrin Olimpiya Oyunlarının proqramına salınıb. Güləşin bu növünün yaxın gələcəkdə böyüklər arasında Olimpiadanın proqramında da yer alacağı istisna deyil.
2006-cı ildən çimərlik güləşi üzrə dünya çempionatı keçirilir. Burada dünya çempionları il ərzində keçirilən Dünya Seriyasının mərhələlərində toplanan xallara əsasən müəyyənləşir.