Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri davam edir.
Yarışın üçüncü günündə iki qadın güləşçimiz çıxış edib.
Jalə Əliyeva (57 kq) əvvəlcə qazaxıstanlı Emma Tissinaya (5:16), daha sonra isə kanadalı Aleksandr Tauna (2:12) məğub olub.
Elis Manolova (62 kq) debütdə fransalı İris Tiboya sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib. Milli üzvü daha sonra polşalı Nikola Vasilevskayanı minimal fərqlə (2:1) üstələyib. Ancaq Manolova almaniyalı Luisa Niemeşə (0:5) və braziliyalı Lais Nunyesə (4:6) uduzaraq turniri 4-cü pillədə başa vurub.
Qeyd edək ki, sabah sərbəst güləşçilərdən Osman Nurmaqomedov (92 kq) və Georgi Meşvildişvili (125 kq) mübarizə aparacaq.

