Maqomedxan Maqomedov reytinq turnirində gümüş medal qazandı!

Maqomedxan Maqomedov reytinq turnirində gümüş medal qazandı!

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin sonuncu reytinq turniri start götürüb.

İlk yarış günündə sərbəst güləş üzrə yığmanın 2 üzvü mübarizə aparıb.

Abubakr Abakarov (86 kq) ilk görüşdə israilli Yuri Kalaşnikova 8:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda türkiyəli Osman Göçenə 3:6 hesabıyla məğlub olub.

Maqomedxan Maqomedov (97 kq) macarıstanlı Vladislav Baytsayevə (7:6), qazaxıstanlı Əlişir Yergaliyə (6:3) və almaniyalı Erik Tileyə (7:1) qalib gələrək finala yüksəlib. Ancaq topuğundan zədələndiyi üçün amerikalı olimpiya və dünya çempionu Kayl Snayderlə qarşılaşmada iştirak etməyib. Belədə Maqomedxan gümüş medalla kifayətlənib.

Qeyd edək ki, həftəsonu yunan-Roma güləşçilərimiz turnirdə iştirak edəcək.

//