2027-ci ilin güləş yarışları üçün qeydiyyat başlayıb

2027-ci ilin güləş yarışları üçün qeydiyyat başlayıb

Azərbaycan Güləş Federasiyası (AGF) 2027-ci ildə keçirilməsi nəzərdə tutulan güləş yarışlarının vahid təqvim planına daxil edilməsi məqsədilə qeydiyyata start verib.

Ölkə daxilində ödənişli və ödənişsiz əsaslarla təşkil olunması planlaşdırılan bütün yarışlar 25 noyabr 2026-cı il tarixinədək qeydiyyatdan keçirilməlidir.

Qeydiyyat AGF-nin saytında yerləşdirilən onlayn forma vasitəsilə həyata keçirilir. Müraciət zamanı təşkil olunması nəzərdə tutulan yarışla bağlı əsas məlumatlar qeyd edilməlidir.

Qeydiyyat forması: https://awf.az/competition-form/

Vahid təqvim planına daxil edilməyən yarışların əsasnaməsi AGF tərəfindən təsdiqlənməyəcək. Yarışların təşkilini planlaşdıran bütün fiziki və hüquqi şəxslərdən qeydiyyat prosesini müəyyən edilmiş müddət ərzində və qaydalara uyğun şəkildə həyata keçirmələri xahiş olunur.

Qeyd edək ki, bu təşəbbüs güləş yarışlarının daha planlı və mütəşəkkil şəkildə təşkilinə, onların təşkilati və idman keyfiyyətinin yüksəldilməsinə, eləcə də daha çox yarışın keçirilməsinin təşviqinə xidmət edir. Vahid təqvim sisteminin tətbiqi yarışların əvvəlcədən planlaşdırılmasına və zərurət yarandığı təqdirdə AGF-nin dəstəyilə təşkilati səviyyəsinin artırılmasına imkan yaradacaq. Bütün bunlar güləşin əhatə dairəsinin genişlənməsinə və ölkəmizdə bu idman növünün inkişafına əlavə təkan verəcək.

//