Haqqında
25 aprel 1972-ci ildə anadan olub. Güləş idman növü üzrə fəaliyyət göstərən Qalib Yadigarov SSRİ İdman ustasıdır. O, uzun illər məşqçi kimi fəaliyyət göstərərək idmanın inkişafına və gənc idmançıların yetişdirilməsinə öz töhfəsini verir. Əməkdar məşqçi fəxri adına layiq görülən Qalib Yadigarovun yetirmələri arasında Avropa və dünya çempionatlarının qalibləri və mükafatçıları var.