U17 dünya çempionatı “MyGroup”un baş sponsorluğu ilə keçiriləcək
İyul 23, 2026
Gələn həftə Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatının sponsorları müəyyənləşib.
Milli Gimnastika Arenasında təşkil olunacaq mötəbər yarışın baş sponsoru “MyGroup” olacaq. Şirkət dünya çempionatında ana sponsor qismində çıxış edəcək.
Bununla yanaşı, “Dükkan Projects” və “Slavyanka” brendləri sponsor, “MyWrestling” klubu isə Azərbaycan Güləş Federasiyasının tərəfdaşı kimi yarışa dəstək verəcəklər.
Qeyd edək ki, dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində baş tutacaq. Mundialda dünyanın müxtəlif ölkələrindən 700-ə yaxın idmançı yunan-Roma, sərbəst və qadın güləşi üzrə medallar uğrunda mübarizə aparacaqlar.

