Üç güləşçimiz reytinq turnirində beşinci oldu
İyul 15, 2026
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirinə start verilib.
İlk yarış günündə 5 sərbəst güləşçimiz mübarizə aparıb.
İslam Bazarqanov (57 kq) fransalı Rassul Qalburayevlə (7:2) hindistanlı Rahul Rahula (5:3) qalib gəlsə də, yarımfinalda Hindistanı n digər təmsilçisi Aman Amana (0:11), bürünc medal görüşündə isə qazaxıstanlı Meyrambek Kartbaya (1:6) məğlub olub.
Nürəddin Novruzov (61 kq) avstraliyalı Georgi Okorokovu (7:5) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda qazaxıstanlı Assil Aytəkinə (0:9), bürünc medal görüşündə isə hindistanlı Dipak Dipaka (8:9) bata bilməyib.
Rəşid Babazadə (65 kq) fransalı Xamzat Arsamerzoyevdən (7:3) güclü olsa da, 1/4 finalda hindistanlı Vişal Kaliramanaya (2:5) uduzub.
Kənan Heybətov (70 kq) ukraynalı Vasil Şuptarla (8:2) qazaxıstanlı Mayis Əliyevi (5:3) yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında amerikalı Ric Lovet (0:6) bürünc medal görüşündə isə iranlı İbrahim Elahiçouran (5:6) keçilməz olub.
Turan Bayramov (74 kq) təsnifat mərhələsində bəhreynli Maqomedrasul Asluyevə (1:3) məğlub olubsa, Arseniy Djioyev (86 kq) xəstələndiyi üçün xalçaya çıxmayıb.