Ömər və Qurban Avropa çempionatının finalında

Ömər və Qurban Avropa çempionatının finalında

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatına start verilib.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.

Ömər Salmanov (48 kq) türkiyəli Şamil Şahan (8:1), çexiyalı Simon Sritr (8:0) və macarıstanlı Benedek Tombora (9:0) qalib gələrək finala yüksəlib. Həmyerlimiz sabah həlledici görüşdə rusiyalı Artyom Tkaçenkoyla güləşəcək.

Qurban Məcnunov (55 kq) polşalı Yakub Şkripçak (9:0), gürcüstanlı Giorgi Kedelidze (5:3), ukraynalı Raxman Qamidov (11:2) və norveçli Abu Bakar Saqaya (9:0) qalib gələrək adını finala yazdırıb. Güləşçimiz sabah çempionluq uğrunda son qarşılaşmada rusiyalı Edem Payziyevlə mübarizə aparacaq.

Orxan Həbibli (65 kq) bolqarıstanlı Antoan Tsvetanovu (7:1) yarışdan kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Aslan Dzuevə 4:8 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün millimizin üzvü sabah təsəlliverici görüşə çıxacaq. Rəqib Dionisios Bulutidis (Yunanıstan) – Qabriel Lunqu (Rumıniya) qarşılaşmasının qalibi olacaq.

Zəka Yusubov (80 kq) rumıniyalı Robert Kukiureana (8:0) və rusiyalı Yeqor Kuropiatnikova (7:6) qalib gəldikdən sonra 1/4 finalda ukraynalı Danyil Melniçuka minimal fərqlə məğlub olub – 3:4.

Məhəmməd Mustafayev (110 kq) debütdə ukraynalı Maksim Sokolyuka müqavimət göstərə bilməyib – 0:9.

//