ƏZİZ İDMANÇILAR VƏ MƏŞQÇİLƏR!
Dekabr 4, 2025
Azərbaycan Güləş Federasiyası mənzil təminatı ilə bağlı namizədlərin müəyyən edilməsi məqsədilə müraciətlərin qəbulunu elan edir.
✅ Kimlər müraciət edə bilər?
– İdmançılar;
– Şəxsi məşqçilər.
❌ Hansı idmançı və məşqçilər müraciət edə bilməz?
– Daha əvvəl mənzillə təmin edilmiş şəxslər;
– Son 1 (bir) il ərzində barəsində ciddi intizam tənbehi tətbiq edilmiş şəxslər;
– Azərbaycan Respublikasının milli komandalarının tərkibində 8 (səkkiz) ildən az müddət çıxış etmiş legionerlər.
📄 Müraciət qaydası
“Mənzil təminatı ilə bağlı ərizə” forması doldurularaq kağız daşıyıcıda Federasiyanın İdmanın təşkili şöbəsinə təqdim edilməlidir.
📍 Ünvan: Çinar Plaza, 22-ci mərtəbə (Federasiyanın yeni ofisi)
📞 Əlaqə: +994 55 466 56 64
⏰ Müraciət müddəti
Müraciətlərin qəbulu 10 dekabr 2025-ci il saat 18:00-dək aparılır.
Göstərilən tarixdən sonra təqdim edilən, eləcə də forma tələblərinə uyğun olmayan müraciətlər qəbul edilməyəcək. Əvvəllər müraciət etmiş şəxslər yenilənmiş ərizə formasını dolduraraq yenidən müraciət etməlidirlər.
Azərbaycan Güləş Federasiyası