Hakimlərimiz I kateqoriyaya yüksəlib

Hakimlərimiz I kateqoriyaya yüksəlib

Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb.

Belə ki, 2 referimiz I kateqoriyaya yüksəlib. Eldar Bayramov bu il İspaniya “Qran-pri”sində (4-6 iyul), Əli Babayev isə “Poland Open” turnirində (30 iyul- 3 avqust) ədaləti qorumaqla yanaşı, Dünya Güləş Birliyi (UWW) tərəfindən təşkil edilən imtahanları uğurla başa vurub. Buna qədər II kateqoriyada xalça üzərində fit səsləndirən hakimlərimiz növbəti ildən I dərəcəli hakim statusunda qarşılaşmaları idarə edəcəklər.

Bu yüksəliş onların növbəti ildən etibarən U17, U20, U23 yaş qrupları üzrə Avropa və Dünya çempionatlarında, həmçinin reytinq turnirlərində iştirak etmələrinə şərait yaradacaq.

Güləş üzrə U17 Dünya Çempionatı

Biletləri buradan əldə edin ⇒

Biletləri buradan əldə edin ⇓
//