İlkin Qurbanov DÇ-də beşinci oldu
Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.
Bu gün yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Bu növdə son təmsilçimiz İlkin Qurbanov (60 kq) medal qazanmağa çox yaxın olub. Təsəlliverici görüşdə türkiyəli Mert İlbarsa ilk xal prinsipinə əsasən (1:1) qalib gələn Qurbanov üçüncü yer üçün özbəkistanlı Mehrac Bəhramovla güləşib. Rəqibinə minimal fərqlə (4:5) məğlub olan İlkin dünya çempionatını 5-ci pillədə başa vurub.