İki güləşçimiz dünya çempionatında beşinci oldu

İki güləşçimiz dünya çempionatında beşinci oldu

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı sona çatıb.

Sonuncu yarış günündə 2 təmsilçimiz bürünc medal uğrunda güləşib.

Orxan Hacıyev (87 kq) təsəlliverici görüşdə yaponiyalı İsşin Onitsukaya heç bir şans tanımayıb – 12:3. Ancaq bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Temirlan Turdakinə sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.

Məzaim Mərdanov (130 kq) təsəlliverici görüşün ilk hissəsində yaponiyalı Kosei Miyakeni xalçadan məyus yola salıb – 9:0. Ancaq həlledici qarşılaşmada ukraynalı İvan Yankovskiylə bacarmayıb – 0:8.

Beləliklə, hər iki güləşçimiz dünya çempionatını 5-ci pillədə başa vurub.

//