“Çempionlar” turnirinin ilk günündə 2 medal

Bu gün Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında “Çempionlar” turnirinə start verilib.

İlk yarış günündə 55, 67, 77 və 97 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.

Təmsilçilərimizdən ikisi fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (55 kq) gümüş və İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb. Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.

Sabah 60, 72 və 87 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir