Sərbəst güləş üzrə yarışın son günündə 1 dəst medal

Slovakiyada keçirilən Avropa çempionatında sərbəst güləş üzrə yarışa yekun vurulub.

Qitə birinciliyinin 3-cü günündə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

İlk dəfə böyüklərin Avropa çempionatına qatılan Ağanəzər Novruzov (74 kq) debütünü medalla qeyd edib. Bolqarıstanlı Ramazan Ramazanova 6:4 hesabıyla qalib gələn güləşçimiz Avropa üçüncüsü olub.

Osman Nurmaqomedov (92 kq) finalda yunanıstanlı Dauren Kuruqliyevlə qarşılaşıb. Olimpiya mükafatçısına 4:5 hesabıyla məğlub olan Osman gümüş medalla kifayətlənib.

Giorgi Meşvildişvili (125 kq) isə həlledici görüşdə gürcüstanlı Solomon Manaşviliylə üz-üzə gəlib. Sərbəst güləş üzrə yarışın son qarşılaşması dramatik sonluqla əlamətdar olub. Hesabda 3:7 geridə olan olimpiya mükafatçımız son saniyələrdə 4 xallıq fənd işlədib. Belədə xalların keyfiyyətinə görə qələbə qazanaraq ilk dəfə Avropa çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir