Qızlar Gimnaziyadada 6 medal qazandı

Serbiyanın Zlatibor şəhərində keçirilən məktəblilər arasında Gimnaziyadada güləş yarışlarına yekun vurulub.

Bu gün qadın güləşi üzrə medalçılar müəyyənləşib.

Gimnaziyadaya məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında yollanan komandanın 6 üzvü fəxri kürsüyə qalxıb.

Komandamız Serbiyada 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb. Rəna Nuriyeva (62 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Vidan Babayeva (39 kq), Günel Kərimli (50 kq) və Simurə Abdullayeva (66 kq) gümüş, Gülay Xasməmmədova (33 kq) ilə Gülnar Ağadadaşova (42 kq) isə bürünc medalı boynundan asıb.

Beləliklə, güləşçilərimiz Gimnaziyadada ümumilikdə 25 (6 qızıl, 8 gümüş, 11 bürünc) medal qazanıb. Xatırladaq ki, öncəki günlərdə sərbəst güləşçilər 10 (2 qızıl, 3 gümüş və 5 bürünc), yunan-Roma güləşçiləri isə 9 (3 qızıl, 2 gümüş, 4 bürünc) medal əldə edib.

Xatırladaq ki, Serbiyada II dərəcəli beynəlxalq hakim Eldar Məmmədov ədaləti qoruyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir