Milli komandalar ilin ilk təlim-məşq toplanışına başlayıb

Güləş üzrə milli komandalarımız təlim-məşq toplanışına start verib.

Hər üç millimiz Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçir. Güləşçilərimiz məşqçilərin nəzarəti altında həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirir.

Sərbəst güləş üzrə yığmanın bir qrupu yanvarın 19-da Dağıstana yollanacaq. Komandamızın əsas heyəti fevralın 1-dək Mahaçqalada təlim-məşq toplanışı keçəcək.

Yunan-Roma və qadın güləşi üzrə millilərimiz isə 5-9 fevralda Xorvatiyada keçiriləcək ilin ilk reytinq turnirinədək məşqləri doğma məkanda davam etdirəcək. Hər iki komandamız “Zaqreb Open”dən sonra qarşıdakı mühüm yarışlara ölkə xaricində hazırlaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir