Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına start verilib.
İlk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq-da 104 idmançı mübarizə aparıb.
İlk finalın qalibi 3 illik fasilədən sonra çempionluq sevinci yaşayan Elmir Əliyev (55 kq) olub. Ziya Babaşov ardıcıl 3-cü dəfə 63 kq-da Azərbaycan çempionu ünvanına sahib çıxıb. 72 kq-ın həlledici görüşündə ötənilki finalçılar üz-üzə gəlib. Bu dəfə də Urfan Həsənlidən güclü olan Ruslan Nurullayev titulunu qoruyub. 82 kq-da yeni ölkə çempionu müəyyənləşib. Sürprizə imkan verməyən Qurban Qurbanov favorit statusunu doğruldub. 97 kq-da gözlənilən final baş tutub. İki milli üzvünün qarşıdurmasından Murad Əhmədiyev qalib ayrılıb və titulunu qoruyub.
55 kq
- Elmir Əliyev (Neftçi)
- Rəşad Məmmədov (Neftçi)
- Rahim Həsənov (Neftçi), Elnar Ziyadov (Kürdəmir, “Gömrükçü”)
63 kq
- Ziya Babaşov (Neftçi)
- Pərviz Dadaşov (DİN)
- Fərid Baxışlı (Spartak), Əli Seyidəlili (Sumqayıt, “Spartak”)
72 kq
- Ruslan Nurullayev (Gömrükçü)
- Urfan Həsənli (Neftçi)
- Təvəkgül Həziyev (Neftçi), Xalid Həsənov (Sumqayıt, “Zenit”)
82 kq
- Qurban Qurbanov (Neftçi)
- Elmin Əliyev (Lənkəran)
- Elvin Osmanlı (Mingəçevir), Elmir Sərxanov (Hövsan)
97 kq
- Murad Əhmədiyev (“Neftçi”, Balakən)
- Arif Niftullayev (Neftçi)
- Aqil Musayev (Spartak), Məhəmməd Əhmədiyev (“Neftçi”, Balakən)










