Qazaxıstanın paytaxtı Astanada sərbəst güləş üzrə “Güləş ulduzları liqası” yarışı keçirilib.
Turnirdə ölkəmizi təmsil edən Ağanəzər Novruzov (74 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Həmyerlimiz əvvəlcə qazaxıstanlı Kanat Mussabekovu 3:1 hesabıyla məğlub edib. Novruzov daha sonra Rusiya çempionu Anzor Zakuyevi üstələyib – 2:1. Ağanəzər finalda isə özbəkistanlı Mirzo Xaitova 4:1 hesabıyla qalib gəlib.
![](https://awf.az/wp-content/uploads/2024/12/95cd3594-06de-4f18-94a9-aa758a7d1058-819x1024.jpeg)