Ənənəvi yarışda 3 medal

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə Şamil Umaxanovun xatirə turniri keçirilib.

Ənənəvi yarışda məşqçi Şərif Şərifovun rəhbərliyi altında yığmamızın bir neçə üzvü də iştirak edib. Onlardan üçü fəxri kürsüyə qalxıb.

İslam Bazarqanov (57 kq) gümüş, Timur Gülmaqomedov (86 kq) və Aslan Abakarov (97 kq) isə bürünc medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir