Alyona Kolesnik və Elis Manolova DÇ-də çıxış etdi

Albaniyanın payxtaxtı Tiranada güləş üzrə dünya çempionatı davam edir.

Mundialda 2 qadın güləşçimiz çıxış edib.

Alyona Kolesnik (59 kq) braziliyalı Ana Pereyraya vaxtından əvvəl (16:6) qalib gəlsə də, 1/4 finalda monqolustanlı Tserençimed Suxeeyə uduzub – 0:9. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşə çıxıb. Ancaq Alyona kanadalı Laurens Boreqardla da bacarmayıb – 4:15.

Elis Manolova (65 kq) polşalı Natalya Kubatini sonuncu xal prinsipinə əsasən (1:1), mübarizədən kənarlaşdırsa da, rumıniyalı Katerina Zelenixə məğlub olub – 0:11. Rəqibin finaladək irəliləməsi Elisə təsəlliverici görüşdə iştirak hüququ verib. Manolova amerikalı Ellen Kiltiyə müqavimət göstərə bilməyib – 2:12.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir