Sərbəst güləşçilər Gimnaziadada uğurlu çıxış edib

Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada güləş yarışlarına start verilib.

Sərbəst güləşçilər uğurlu çıxış edib. Yarışa böyük məşqçi Əsgərxan Novruzovla məşqçi Yaşar Əliyevin rəhbərliyi altında 11 güləşçiylə yollanan komandamızın hər bir üzvü fəxri kürsüyə qalxıb.

Hüseyn Hüseynovla (55 kq) Həsən Həsənov (60 kq) çempion olub. Fərhad Süleymanlı (92 kq) gümüş medal qazanıb. Rəvan Həsənzadə (48 kq), Ramal Mirhüseynov (51 kq), Hüseyn İsmayılov, Fərid Ağasızadə (hər ikisi 65 kq), Nihad Abasov, Rəşad Veysəlov (hər ikisi 71 kq), Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutub.

Millimiz 11 medal (2 qızıl, 1 gümüş, 8 bürünc) qazanaraq, bu göstəricidə bütün komandaları qabaqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir