Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.
Mundialın 3-cü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.
Elnurə Məmmədova (50 kq) 1/8 finalda yaponiyalı Umi İto ilə bacarmayıb – 2:12.
Gültəkin Şirinova (55 kq) 1/8 finalda qırğızıstanlı Aruke Kadirbekqızına 5:9 hesabıyla məğlub olub.
Gülər Həbibova (59 kq) 1/8 finalda hindistanlı Anjli Anjliyə (0:10), təsəlliverici görüşdə isə çinli Honq Lianqa (tuş) müqavimət göstərə bilməyib.