AGF rəsmiləri Qəbələyə səfər edib

Azərbaycan Güləş Federasiyası (AGF) qarşısında duran prioritet məsələlərdən biri regionlarda infrastrukturun yaxşılaşdırılmasıdır.

Bu məqsədlə son illər ölkə güləşində mühüm klublardan birinə çevrilən “Qəbələ” İdman Klubu federasiya tərəfindən zəruri inventarla təmin edilib.

Bu gün AGF-nin Hakimlər Kollegiyasının sədri Qərib Əliyev və Regionlar üzrə əlaqələndirici Elfaq Səfərov Qəbələ şəhərinə yollanıb. Klubun güləş bölməsində yaradılmış şəraitlə tanış olan federasiya rəsmiləri məşqçilərlə görüşüb, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb və idmançılara öz tövsiyələrini çatdırıblar.

Qeyd edək ki, “Qəbələ” İK-da məşqçi-müəllimlər Fərid Mustafayev (sərbəst güləş) və Ruhin Mikayılovun (yunan-Roma güləşi) rəhbərliyi altında 70-dən artıq yeniyetmə güləşlə məşğul olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir