Yunan-Roma güləşçilərimiz Tümendə 2 gümüş və 1 bürünc medal qazanıb

Yunan-Roma güləşçilərimiz Tümendə 2 gümüş və 1 bürünc medal qazanıb

Rusiyanın Tümen şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil edilən yarışda ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 6 güləşçi təmsil edib. Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandalarının iştirak etdiyi ənənəvi turnirdə 3 güləşçimiz fəxri kürsüyə qalxıb.

Bu yarışda özünü 60 kq-da sınayan Eldəniz Əzizli və Ülvi Qənizadə (72 kq) finala yüksəlib. Ancaq zədə səbəbindən həlledici görüşə çıxmadıqları üçün gümüş medalla kifayətləniblər. Qurban Qurbanov (82 kq) isə bürünc medal qazanıb.

Güləş üzrə U17 Dünya Çempionatı

Biletləri buradan əldə edin ⇒

Biletləri buradan əldə edin ⇓
//