Qazaxıstanda 1 dəst medal

Qazaxıstanın Atırau şəhərində sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turniri keçirilib.

Yarışda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 3 sərbəst güləşçi təmsil edib. Onların hamısı fəxri kürsüyə qalxıb. Kənan Heybətov (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Əşrəf Aşırov (79 kq) gümüş, Musa Ağayev (65 kq) isə bürünc medal qazanıb.

Beləliklə, komandamız turniri 1 dəst medalla başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir