Sabah Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin xatirə turnirinə start veriləcək.
İki gün davam edəcək ənənəvi yarışda sərbəst güləş üzrə millimizin üzvləri iştirak edəcək.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında aşağdakı güləşçilər mübarizə aparacaq:
Vasif Bağırov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə, Ruslan Abdullayev (hər ikisi 65 kq), Əli Rəhimzadə, Maqomed-Başir Xaniyev (hər ikisi 70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Orxan Abasov, Ali Tsokayev (hər ikisi 79 kq), Arseniy Djioyev (86 kq), Abubakr Abakarov, Abdulcəlil Şabanov, Şamil Zubairov (hamısı 92 kq), Aslan Abakarov (97 kq).