Sərbəst güləş üzrə milli komandanın üzvləri əməliyyat edilib.
Avropa ikincisi və U-23 dünya çempionu Turan Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə sentyabrın 10-da həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub. Hər iki cərrahiyyə əməliyyatını “Liv Bona Dea” hospitalının baş həkimi Elxan Qasımov həyata keçirib.
Turanın 5, Əliabbasın isə 6 aydan sonra milli komandanın təlim-məşq proseslərində iştirakı gözlənilir.