Nərgiz və Ruzanna DÇ-də bürünc medal üçün güləşəcək

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

Üçüncü yarış günündə 3 qadın güləşçimiz xalçaya çıxıb.

Aysel Məmmədzadə (50 kq) 1/8 finalda türkiyəli Fatma Kızmaza 0:6 hesabıyla məğlub olub.

Nərgiz Səmədova (55 kq) çinli Liuxuan Çeni (18:13) mübarizədən kənarlaşdırdıqdan sonra 1/4 finalda monqolustanlı Xaliun Byambasurenə 2:6 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Nərgiz sabah təsəlliverici görüşdə kanadalı Madisin Qrofla güləşəcək.

Ruzanna Məmmədova (59 kq) polşalı Nikola Vasilevskaya “tuş”la, çinli Yifan Juya isə 4:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında yaponiyalı Sakura Onişiylə bacarmayıb – 0:10. Ruzannanın bürünc medal uğrunda qarşılaşmada rəqibi Yelena Kurova (AİN) – Komal Komal (Hindistan) görüşünün qalibi olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir