Olimpiya Oyunlarında güləş yarışlarına yekun vurulub.
Bu gün Maqomedxan Maqomedov (97 kq) ölkəmizə sonuncu medalı qazandırıb.
Təmsilçimiz bürünc medal uğrunda görüşdə ukraynalı Murazi Mçelidzeylə qarşılaşıb. Rəqibinə tam üstünlüklə (10:0) qalib gələn Maqomedxan Olimpiadada üçüncü yeri tutub.
Xatırladaq ki, daha öncə yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) Paris-2024-də eyni uğura imza atıb.
Beləliklə, güləşçilərimiz Olimpiya Oyunlarını 3 bürünc medalla başa vurub.