Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Bu gün Giorgi Meşvildişvili (125 kq) ölkəmizə növbəti medalı qazandırıb.
Təmsilçimiz bürünc medal uğrunda görüşdə polşalı Robert Baranla qarşılaşıb. Rəqibinə 9:3 hesabıyla qalib gələn Giorgi Olimpiya Oyunlarında üçüncü yeri tutub.
Xatırladaq ki, daha öncə yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) Paris-2024-də eyni uğura imza atıb.